«APA-Economics»in məlumatına görə, hesabat dövründə dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,03% azalaraq 0,8029 manat təşkil edib. Dolların rəsmi məzənnəsi 0,01% azalaraq 0,8031 manata bərabər olub. Nağd alış və satış məzənnələri (banklar üzrə orta göstəricilər) isə dəyişməyib və müvafiq olaraq 0,8014 və 0,8065 manat təşkil edib:
Ötən həftə məzənnələrin dinamikası iki gün istisna olmaqla, tam sabitlik nümayiş etdirib. Belə ki, aprelin 15-də və 16-da birja məzənnəsinin kəskin dəyişməsi baş verib, lakin sonrakı gün məzənnə yenidən əvvəlki səviyyəyə qayıdıb. Ümumilikdə, valyuta bazarında məzənnələrin dəyişməməsi, dövriyyənin isə dəyişkənliyini qeyd etmək olar. Məsələn, həftə ərzində maksimal və minimal gündəlik dövriyyə arasında fərq 56 dəfə təşkil edib. Eyni zamanda, maksimal dövriyyə ümumi həftəlik dövriyyənin 69%-nə bərabər olub.
Həftə ərzində avronun məzənnəsinin azacıq yüksəlməsi müşahidə olunub. Belə ki, həftə ərzində avro 0,57% bahalaşıb: