Bank Of Baku

Sorğu: İnvestorların dünya iqtisadiyyatının bərpasına inamı artır

Sorğu: İnvestorların dünya iqtisadiyyatının bərpasına inamı artır
# 20 aprel 2009 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprel ayında «Merrill Lynch» beynəlxalq konsaltinq və maliyyə idarəetmə şirkəti tərəfindən aktivləri idarəolunanlar arasında keçirilən sorğu dünya iqtisadiyyatının müsbət dinamikasında əminliyin artdığını göstərir. «APA-Economics»in məlumatına görə, beynəlxalq sorğu idarəetməsində 561 mlrd. dollar həcmində aktivləri olan 214 aktivləri idarə edən təşkilat arasında keçirilib.
Sorğuda iştirak edənlərin 26%-i dünya iqtisadiyyatının yaxın 12 ay ərzində artmasına əminliyini ifadə edib. Eyni zamanda, bankların səhmlərinə etibar etməyənlərin sayı martla müqayisədə 48%-dən 26%-dək azalıb. Əlavə olaraq nağd vəsaitlərə üstünlük verən investorların sayı ay ərzində 41%-dən 28%-ə düşüb. Və nəhayət, respondentlərin yalnız 17%-i aprel ayında səhmlərə sərmayələrini azaltdığını deyib ki, martda bu göstərici 41% olub.
Sahələr üzrə təsnifata gəldikdə, birinci yeri İT sektor tutur. Belə ki, sorğuda iştirak edənlərin 27%-i həmin sahədə fəaliyyət göstərən şirkətlərin səhmlərinə üstünlük verir, 21%-i farmasevtik şirkətlərin səhmlərinə, 17%-i sənaye sahəsinə üstünlük verir.
Sorğunun nəticələri investorlar tərəfindən aktivlərin yalnız təhlükəsiz sahələrə yönəltməsi dövrün sona çatması və artıq daha riskli olan səhmlər bazarına qayıtması əlamətlərin mövcudluğu kimi qiymətləndirilə bilər. Bu da öz növbəsində dünya iqtisadiyyatında sağlamlaşma əlamətlərinin əmələ gəlməsinin birbaşa nəticəsidir. Qeyd edək ki, səhm bazarında iştirakçıların sayının və dövriyyələrin artması bazarın ümumi sabitləşməsi və artmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR