Bank Of Baku

«Bank Avrasiya» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

«Bank Avrasiya» SMS-məlumatlandırma xidmətini istifadəyə verib
# 10 sentyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankı (SKB) SMS-məlumatlandırma xidmətini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın müştəriləri plastik kart vasitəsilə aparılan bütün əməliyyatlar barədə SMS-məlumat ala biləcəklər. SMS-məlumatlandırma xidmətinə qoşulmaq üçün bankın plastik kart sahibi bankomat vasitəsilə müəyyən bir prosedurdan keçirməlidir.

Qeyd edək ki, SMS-məlumatlandırma xidməti «Azercell» mobil rabitə operatorunun abonentləri üçün təklif olunur. Xidmətin qeydiyyat haqqı 0,10 manat, bir SMS-məlumat üçün isə 22 kontur tutulur.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 48,137 mln. manat, depozit portfeli 21,664 mln. manat, kredit portfeli 21,781 mln. manat, məcmu kapitalı 21,287 mln. manat, o cümlədən, nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 2 bankomatı, 21 POS-terminalı və 1 mübadilə məntəqəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR