Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı postsovet ölkələrə sərmayələrini artırır

Avropa Yenidənqurma və İnkişaf Bankı postsovet ölkələrə sərmayələrini artırır
# 10 sentyabr 2009 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) postsovet ölkələrinə yatırdığı investisiyaların həcmini artıracaq.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, investisiyalar əsasən qlobal maliyyə böhranından əziyyət çəkmiş ölkələrə yönəldiləcək. Vəsaitin həcmi isə əvvəl planlaşdırılmış 7 mlrd. avrodan 8 mlrd. avroyadək artırılacaq. Bununla da ötən illə müqayisədə investisiyaların həcmi 52% artacaq. Belə ki, 2008-ci ildə AYİB postsovet ölkələrə 5,1 mlrd. avro ayırıb. Cari ilin ilk 8 ayı ərzində AYİB-in postsovet ölkələrinə ayırdığı vəsaitin həcmi 5,8 mlrd. avro təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR