Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri ilin əvvəlindən 10% azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri ilin əvvəlindən 10% azalıb
# 11 sentyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2009-cu ilin avqust ayının 1-nə 1 843,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 449,7 mln. manat və ya 32,27% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, bu göstərici cari ilin əvvəlindən 205,3 mln. manat və ya 10%, iyulda isə 2 mln. manat və ya 0,1% azalıb.

Qeyd edək ki, Azərbaycanın kommersiya banklarının xarici öhdəliklərinin maksimal həddi ötən ilin noyabrın 1-i vəziyyətinə müşahidə olunub və 2 155,2 mln. manat təşkil edib. Ümumilikdə, 2007-2008-ci illərdə xarici öhdəliklərin kəskin artımı baş verib. Belə ki, 2007-ci ildə bu göstərici 2,4 dəfə, 2008-ci ildə isə 2,1 dəfə artıb. Maliyyə böhranı nəticəsində dünya bazarlarında yaranmış likvidlik problemləri səbəbindən cari ilin əvvəlindən artım tendensiyası azalma ilə əvəzlənib və bu, davam etməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR