Bank Of Baku

“Morgan Stanley”in prezidenti istefa verib

“Morgan Stanley”in prezidenti istefa verib
# 11 sentyabr 2009 09:21 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-ın aparıcı investisiya bankı olan “Morgan Stanley”in rəhbəri Con Mak istefa verib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə məlumatına görə, bu postda onu Ceyms Horman əvəz edəcək.
C.Makın istefası rəsmən yaşı ilə əlaqələndirilir – onun 65-dən çox yaşı var. Ancaq analitiklər iddia edirlər ki, istefanın əsl səbəbi son vaxtlar “Morgan Stanley”in nümayiş etdirdiyi qeyri-qənaətbəxş maliyyə göstəriciləri olub. Belə ki, 2009-cu ilin ikinci rübündə “Morgan Stanley”in təmiz gəliri imtiyazlı səhmlər üzrə dividentlər ödənildikdən sonra 1,26 milyard dollar (hər səhm üzrə -1,10 dollar) təşkil edib. Şirkətin fasiləsiz əməliyyatlardan zərəri isə 159 milyon dollar olub.
“Morgan Stanley”in göstəriciləri “Goldman Sachs” və “JP Morgan Chase”-nin göstəricilərindən pis olub. Adı çəkilən şirkətlər cari ilin II rübündə gəlirlə işlədiklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR