Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, iyul ayında aktivlərin həcmi 1 094,57 mln. manat və ya 11,9% artıb. Qeyd edək ki, birinci rüb ərzində bank aktivləri 1 458,5 mln. manat azalıb, lakin sonrakı üç ay ərzində həmin göstərici məcmu olaraq 376,91 mln. manat, iyulda isə, göründüyü kimi, kəskin artıb:
Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi avqustun 1-nə 6 816,18 mln. manat (xüsusi çəkisi 66,26%), müxbir hesablar 959,19 mln. manat (9,32%), investisiyaların həcmi 707,21 mln. manat (6,88%), nağd vəsaitlər 355,64 mln. manat (3,46%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 494,22 mln. manat (4,80%), digər aktivlər isə 954 mln. manat (9,27%) təşkil edib. Qeyd edək ki, iyul ayı ərzində bankların məcmu aktivlərinin tərkib hissələri arasında nağd vəsaitlər, maliyyə sektoruna verilmiş kredit və depozitlər və investisiyalar üzrə azalma, digər təsnifatları üzrə isə artım müşahidə olunur.
Kommersiya banklarının məcmu balansında passivlər hissəsinin 81,61%-i bankların öhdəliklərinin payına düşür. Beləliklə, bank öhdəliklərinin həcmi 8 394,29 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 174,47 mln. manat və ya 2% azdır. Öhdəliklərin tərkibində 4 074,56 mln. manat depozitlər, 3 480,62 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 839,10 mln. manat isə öhdəliklərdir.
Bankların məcmu kapitalı cari ilin əvvəlindən 187,45 mln. manat və ya 11% artaraq avqustun 1-nə 1 892,15 mln. manata bərabər olub.