Bank Of Baku

Qlobal maliyyə böhranından daha çox zərər çəkən Türkiyə və Rusiya olub

Qlobal maliyyə böhranından daha çox zərər çəkən Türkiyə və Rusiya olub
# 11 sentyabr 2009 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyə və Rusiya qlobal maliyyə böhranı dövründə ümumi daxili məhsul (ÜDM) azalma tempinə görə dünyada ilk yerləri tutub.

«APA-Economics»in məlumatına görə, böhran dövründə Türkiyədə ÜDM-in həcmi 14,2%, Rusiyada isə 11% azalıb. İlk beşliyə həmçinin Sinqapur (-9,9%), Meksika (8,8%) və Yaponiya (8,3%) daxil olub.

Ekspertlər bu göstəriciləri 30 ölkənin böhrandan əvvəl və böhran zamanı ÜDM-in maksimal rüblük dəyişmə tempinin müqayisəsini apardıqdan sonra açıqlayıblar.

Bundan başqa, tədqiqatlar göstərib ki, dünya iqtisadiyyatının zəifləməsindən Almaniya da əhəmiyyətli dərəcədə əziyyət çəkib. Belə ki, böhranın ən qızğın çağında Almaniyada ÜDM 6,9% azalıb.

Avropa ölkələrindən böhrana ən yaxşı Polşa davam gətirib. Bu ölkədə ÜDM-in artım tempi 2,2% təşkil edib. Bundan başqa, böhran zamanı Çində ÜDM-in həcmi 10,1%, Hindistanda isə 7,6% artıb. Bu ölkələr böhranın əsas fazasına asanlıqla tab gətirib.

Qeyd edək ki, ÜDM-i azalan ölkələr əsasən ixracat üzrə ixtisaslaşıb. Neft-qaz ixracatçısı kimi tanınan Azərbaycanda isə böhran dövründə ÜDM-in səviyyəsi demək olar dəyişməyib və əvvəlki illərə nisbətən cüzi artım nümayiş etdirib. Yalnız cari ilin yanvar ayında ölkədə ÜDM-in həcmi 2,6% azalıb ki, bu da 2008-ci ilin əvvəli ilə müqayisədə dünya bazarında neftin qiymətinin 2 dəfədən çox düşməsi, əvvəlki ayda qeyri-iş günlərinin çox olması, mövsümi və s. amillərlə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR