Bank Of Baku

Azərbaycandakı bankların mənfəətin artım tempinə görə renkinqi

Azərbaycandakı bankların mənfəətin artım tempinə görə renkinqi
# 11 sentyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2009-cu ilin iyul ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə bankların 2009-cu ilin yanvar-iyun aylarında əldə etdiyi mənfəətin artım tempinə görə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki bankların mənfəətinin artım tempi (2008-ci ilin yanvar-iyun aylarına nisbətən) barədə məlumat verilir:

Banklar


İllik artım (%)


Deka Bank 

23,2 dəfə

Azərnəqliyyatbank 

717,56 

Birlik Bank  

545,33 

Paşa Bank  

103,32 

NBCBank  

93,85 

Zamin Bank  

83,76 

Azərbaycan Beynəlxalq Bankı 

76,56 

Royal Bank 

61,02

Turan Bank 

55,25 

10 

Kapital Bank 

47,01 

11 

Nikoil Bank  

39,49 

12 

Rabitabank 

35,52 

13 

Azərbaycan Kredit Bankı 

27,95

14 

AGBank 

25,93 

15 

AccessBank 

23,84 

16 

AtaBank 

22,16 

17 

Bank Respublika 

5,52 

18 

YapıKredi Bank Azerbaijan 

- 7,79 

19 

Gəncə Bank 

- 11,34 

20 

Azər-Türk Bank 

- 13,40 

21 

Kövsər Bank 

- 15,41

22 

Texnikabank

- 19,07 

23 

Bank of Baku 

- 29,17 

24 

Azerdemiryolbank 

- 37,13 

25 

Azərbaycan Sənaye Bankı 

- 47,59 

26 

UniBank 

- 55,12 

27 

Melli İran Bankı - Bakı

- 55,67 

28 

Bank Standard 

- 61,15 

29 

Əmrahbank 

- 63,53 

30 

Atrabank 

- 88,66 

31 

Kredo Bank 

- 92,05 

32 

Muğan Bank 

- 98,53 

33 

United Credit Bank 

34 

Xalg Bank 

35 

Bank of Azerbaijan 

36 

Bank Avrasiya  

37 

Para Bank 

38 

Qafqaz İnkişaf Bankı  

39 

Debut Bank 

40 

Günay Bank 



Qeyd edək ki, «United Credit Bank» cari ilin yanvar-iyun aylarını 146 min manat zərərlə başa vurub. Ötən ilin analoji dövründə isə bank 36,420 min manat mənfəət əldə edib;
«Xalq Bank» bu ilin ilk altı ayında 7,370 mln. manat mənfəət əldə edib. Ötən ilin yanvar-iyun aylarında isə bankın zərəri 9,882 mln. manat olub;

«Bank of Azerbaijan» bu ilin birinci yarısını 738 min manat zərərlə başa vurub, ötən ilin yanvar-iyun aylarında bankın mənfəəti 875 min manat mənfəət əldə edib;

Eyni zamanda «Bank Avrasiya»nın mənfəəti bu ilin ilk yarısında 919 min manat olub, ötən ilin analoji dövründə isə bankın zərəri 274 min manat təşkil edib;

Həmçinin, «Para Bank»ın mənfəəti 2009-cu ilin birinci yarısında 136 min manat, ötən ilin müvafiq dövründə isə bankın zərəri 556 min manat olub;

Bu müddət ərzində «Qafqaz İnkişaf Bankı»nın zərəri 516 min manat, ötən ilin analoji dövründə isə mənfəəti 482 min manat təşkil edib;

«Debut Bank»ın zərəri bu ilin birinci yarısında 1,349 mln. manat, 2008-ci ilin yanvar-iyun aylarında isə mənfəəti 83 min manat olub;

Ötən ilin yanvar-iyun aylarını 301 min manat zərərlə başa vuran «Günay Bank» bu ilin ilk yarısında 1,510 mln. manat mənfəət əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR