Bank Of Baku

Azərbaycanın fond bazarında fəaliyyət göstərən peşəkar iştirakçıların sayı azalıb

Azərbaycanın fond bazarında fəaliyyət göstərən peşəkar iştirakçıların sayı azalıb
# 12 sentyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qiymətli kağızlar bazarında peşəkar iştirakçıların sayı 8% azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qiymətli kağızlar bazarında 13 broker və 11 diler fəaliyyət göstərib ki, onların sayı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7% və 15% azalıb.

Bundan başqa, yanvar-avqust aylarında qiymətli kağızların idarə olunması üzrə 2, klirinq üzrə 1, depozitar üzrə 3, reyestrsaxlayıcı fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə isə 1 peşəkar iştirakçı fəaliyyət göstərib. Bütün bu fəaliyyət göstərən iştirakçıların sayı ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR