Bank Of Baku

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub
# 14 sentyabr 2009 07:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə dövlət qiymətli kağızları üzrə qeydə alınan əqdlərin sayı və həcmi 2 dəfə azalıb. Belə ki, cari ilin ilk səkkiz ayında dövlət qiymətli kağızları üzrə bağlanılan əqdlərin sayı 749 ədəd, həcmi isə 2 554 408 165 manat təşkil edib. Buna baxmayaraq, dövlət istiqrazları 1,9 dəfə, o cümlədən, ilkin bazarda qeydə alınan dövlət kağızlarının yerləşdirilməsi 53%, təkrar bazarda isə 5,2 dəfə artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) notlarına gəldikdə isə, hesabat dövründə notların həcmi 4,8 dəfə, o cümlədən, ilkin bazarda 4,5 dəfə, təkrar bazarda isə 5,6 dəfə azalıb.

Bundan başqa, yanvar-avqustda repo və əks repo üzrə qeydə alınan əqdlərin həcmi də təxminən 1,9 dəfə azalıb ki, bunlar da əsasən AMB-nin repo və əks-repo əqdləridir. Dövlət istiqrazları üzrə qeydə alınan repo/əks repo əqdlərinin həcmi isə hesabat dövründə 2,8 dəfə artaraq 24 894 275 manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR