Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsinin müsbət saldosu 534,3 mln. manata çatıb

Azərbaycanda bank kassa dövriyyəsinin müsbət saldosu 534,3 mln. manata çatıb
# 14 sentyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin avqust ayının 1-nə 10 574 967 400 manat, məxaric hissəsi isə 10 040 658 000 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, mədaxil üzrə 0,42%, məxaric üzrə isə 11,81% illik azalma qeydə alınıb.

Avqustun 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 141 060 300 manat təşkil edib. Beləliklə, cari ilin ilk yeddi ayında bank kassa dövriyyəsi üzrə müsbət saldo 534 309 400 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 555 553 500 manata bərabər olub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi 3 985 586 300 manat həcmində (ümumi dövriyyəsinin 37,69%) olan xarici valyuta satışı hesabına formalaşıb. Bundan əlavə, mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələri (1 675 350 700 manat, xüsusi çəkisi 15,84%) və vətəndaşların əmanətləri hesabına (1 059 531 900 manat və ya 10,02%) daxilolmalar çıxış edib. Xarici valyuta satışından daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,24% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 24,3%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 20,73% azalıb.

Məxaricin əsas istiqamətləri arasında 2 607 618 500 manat və ya 26%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) liderlik edir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (1 128 565 000 manat və ya 11,24%) və xarici valyutanın alınmasına ödənişlər (988 506 200 manat və ya 9,85%) tutur. Son bir ildə qeyri-dövlət müəssisələrinə ödənişlər 30,8%, vətəndaşların əmanətləri hesabından ödənişlər 12,9%, xarici valyutanın alınmasına ödənişlər isə 26,6% azalıb.

Beləliklə, bank kassa mədaxilinin əsas hissəsi real iqtisadiyyatla birbaşa bağlı olmayıb. Belə ki, ən iri paylara malik olan təsnifatlara nəzərə salanda məlum olur ki, mədaxilin təxminən yarısını xarici valyuta və əmanətlərlə bağlı olub.

Qeyd edək ki, kassa mədaxilinin struktur bölmələrinin təhlil bəzi müəmmalı məqamları da üzə çıxarıb. Belə ki, hesabat dövründə ticarət müəssisələrindən bank kassalarına daxilolmalar 465,7 mln. manat təşkil edib, halbuki həmin dövrdə ölkədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi 6,5 mlrd. manata bərabər olub.

Bununla yanaşı, nəqliyyat sektorundan mədaxilin (70 mln. manat və ya 0,66%) fermer təsərrüfatlarından daxilolmalardan 1,9 dəfə az olması da sual doğuran məqamlardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR