Bu əmsalın ən sadə hesablanması mexanizmi isə bankların məcmu kapitalının aktivlərin həcminə nisbətinin çıxarılması prinsipinə əsaslanır. Banklar fəaliyyətin minimal kapital əsasında qurulmasının tərəfdarı olsa da, bank sektorunda tənzimləyici funksiyalarını yerinə yetirən dövlət qurumları əksinə, kapitalın həcminin mütəmadi artırılmasının lehinə çıxış edir. Çünki kapitalın yetərliliyi bankın ümumi etibarlılığını qiymətləndirir.
Ekspertlərin fikrincə, məhz bu göstərici bankın əmanətçilərə maddi ziyan vurmadan hansı səviyyədə zərəri maliyyələşdirmək iqtidarında olduğunu əks etdirir.
Aşağıdakı cədvəldə ölkədəki bankların kapitalın yetərliliyi əmsalı (01.07.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Məcmu kapital / Aktivlər (%) | |
1 | Kövsər Bank | 59,60 |
2 | Paşa Bank | 47,14 |
3 | Azərbaycan Kredit Bankı | 47,02 |
4 | Bank Avrasiya | 44,22 |
5 | Gəncə Bank | 42,77 |
6 | United Credit Bank | 40,36 |
7 | Günay Bank | 39,12 |
8 | Birlik Bank | 38,00 |
9 | Melli İran Bankı - Bakı | 37,70 |
10 | NBCBank | 37,13 |
11 | Deka Bank | 36,29 |
12 | Atrabank | 31,74 |
13 | Əmrahbank | 31,69 |
14 | Qafqaz İnkişaf Bankı | 30,63 |
15 | Debut Bank | 29,01 |
16 | Kredo Bank | 27,59 |
17 | Azərbaycan Sənaye Bankı | 27,26 |
18 | YapıKredi Bank Azerbaijan | 27,13 |
19 | Azər-Türk Bank | 24,49 |
20 | Turan Bank | 24,14 |
21 | UniBank | 22,00 |
22 | Kapital Bank | 21,90 |
23 | AccessBank | 20,96 |
24 | Azerdemiryolbank | 18,43 |
25 | Bank of Baku | 18,37 |
26 | Azərnəqliyyatbank | 18,24 |
27 | Muğan Bank | 18,22 |
28 | Royal Bank | 17,24 |
29 | AtaBank | 17,09 |
30 | Xalg Bank | 16,33 |
31 | Bank Standard | 16,27 |
32 | Bank of Azerbaijan | 15,43 |
33 | Para Bank | 15,37 |
34 | Rabitabank | 14,67 |
35 | AGBank | 14,65 |
36 | Bank Respublika | 14,13 |
37 | Azərbaycan Beynəlxalq Bankı | 13,45 |
38 | Texnikabank | 12,94 |
39 | Nikoil Bank | 11,23 |
40 | Zamin Bank | 9,41 |
Kapitalın yetərliliyi əmsalına gəldikdə isə, ilk yeri respublikanın ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) deyil, «Kövsər Bank» tutub. Belə ki, bu bank üzrə kapitalın yetərliliyi əmsalı 59,60%-ə bərabərdir («Kövsər Bank» məcmu kapital üzrə renkinqdə 38-cu yeri tutub). ABB isə 13,45% göstəricisi ilə 37-ci pillədə qərarlaşıb.
Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə əsasən, kapitalın yetərliliyi əmsalının 10-20% civarında olmağı daha məqsədəuyğundur və bu, bankın etibarlı olduğunu göstərir. Həmin əmsalın həddindən artıq yüksək olması isə əksər hallarda bankların aktivlər cəlb etmək sahəsində mövcud problemləri ilə bağlıdır. Yəni, yuxarıdakı renkinqin ikinci yarısında yerləşən bankların vəziyyətini müsbət qiymətləndirmək mümkündür.