Bank Of Baku

Avrozona ölkələri böhrandan çıxır

Avrozona ölkələri böhrandan çıxır
# 14 sentyabr 2009 16:09 (UTC +04:00)
Bakı – APA-Economics. Avrozonanın iqtisadiyyatı 2009-cu ilin III rübündə qlobal böhran başlayandan bəri ilk dəfə olaraq 0,2% artıb. “APA-Economics”in “Bloomberg”ə istinadən məlumatına görə, bu ilin IV rübündə avrozona ölkələrinin iqtisadiyyatında 0,1% artım qeydə alınacaq.
Avropa Komissiyasının hesablamalarına görə, ilin yekunları avrozona ölkələrinin iqtisadiyyatında 4% ixtisar olduğunu göstərəcək.
Qeyd edək ki, 2009-cu ilin II rübündə Avropa Birliyinin iki böyük ölkəsinin – Fransa və Almaniyanın iqtisadiyyatında yenidən artım qeydə alınıb. Avropa Komissiyasının proqnozuna görə, III kvartalda Almaniya iqtisadiyyatı 0,7%, IV rübdə isə 01,% artacaq.
Avropa Mərkəzi Bankı isə sentyabrda bəyan edib ki, 2010-cu ildə avrozonanın ÜDM-i 03,%-lik ixtisarın müqabilində 0,2% artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR