Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bank sisteminə yardımını kəskin artırıb

Azərbaycan Mərkəzi Bankı bank sisteminə yardımını kəskin artırıb
# 15 sentyabr 2009 12:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya banklarına verdiyi mərkəzləşdirilmiş kreditlərin (yenidənmaliyyələşdirmə) ümumi həcmi 2009-cu ilin avqust ayının 1-nə 780,660 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 dəfə artıb.

Ümumilikdə, son bir il ərzində yenidənmaliyyələşdirmənin həcmi daimi artım nümayiş etdirib. Lakin qeyd etmək lazımdır ki, artımın həcminin (673,984 mln. manat) 57%-i iyul ayının payına düşür. Yəni, təkcə iyul ayında mərkəzləşdirilmiş kredit bazarında banklara ən azı 381,19 mln. manat həcmində kredit verib. Hətta iyul ayında əvvəllər alınmış mərkəzləşdirilmiş kreditlərin tam və ya qismən qaytarıldığını nəzərə alsaq, bu rəqəm daha yüksəkdir.

Yenidənmaliyyələşdirmənin bu dərəcədə artmasının əsas səbəbi Mərkəzi Bankın bank sistemində yaranan və yarana biləcək likvidlik probleminin aradan qaldırılması məqsədi ilə fəallaşmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR