Bank Of Baku

“Bank of Azerbaijan” şüar müsabiqəsinə yekun vurub

“Bank of Azerbaijan” şüar müsabiqəsinə yekun vurub
# 15 sentyabr 2009 12:22 (UTC +04:00)
Bakı – APA-Economics. “Bank of Azerbaijan” www.mak.az saytı ilə birgə bank üçün ən yaxşı korporativ şüar üzrə açıq müsabiqənin nəticələrini elan edib. “APA-Economics”in məlumatına görə, müsabiqə zamanı 100-dən çox iştirakçı 1000-dən artıq şüar göndərib.

Müsabiqə nəticəsində bankın şüarı seçilməyib. Bununla belə, bankın rəhbərliyi müsabiqəyə olan marağı nəzərə alaraq müsabiqənin ən fəal iştirakçılarını dəyərli hədiyyələrlə təltif etməyi qərara alıb.

“Biz, öz şüarlarını göndərən bütün gənc marketoloqlara təşəkkürümüzü dərin bildiririk. Təqdim olunmuş şüarlardan Fərhad Qafarzadənin şüarı daha çox ürəyimizcə oldu. Bu iştirakçı Kiyevdə “Dəyişikliklər dövründə idarəetmə və marketinq” mövzusunda keçirilən master-klassda iştirak edəcək”, - deyə “Bank of Azerbaijan”-ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.

X.Şərifzadənin sözlərinə görə, Orxan Yusifov və Mustafa Məmmədov da bu müsabiqədə fərqləniblər. Onlar bankın hesabında pul vəsaiti olan qızıl plastik kartlarına sahib olacaqlar.

Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində “Bank of Azerbaijan”ın dəstəyi ilə cari ilin avqust ayının əvvəlində Azərbaycanın dörd gənc və perspektivli marketoloqu Ukraynanın paytaxtı olan Kiyev şəhərində Filipp Kottlerin sentyabr ayının 16-da keçiriləcək “Dəyişikliklər dövründə idarəetmə və marketinq” mövzusunda master-klassında iştirak etmək imkanı qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR