Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda avqustda inflyasiya 1%-i ötüb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda avqustda inflyasiya 1%-i ötüb
# 15 sentyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı» üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, bu ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 101,09 təşkil edib. Qeyd olunan dövrdə Bakıda qiymətlər 1,65%, regionlarda isə 0,54% yüksəlib. Ay ərzində qeyri-ərzaq məhsullarının qiymətində və xidmət tariflərində azalma müşahidə edilsə də, ərzaq məhsullarının qiymətindəki 2,27% bahalaşma ümumi yekunda ayın inflyasiya ilə başa çatmasına səbəb olub.

Avqust ayında əmtəə qrupları üzrə ən çox bahalaşma ərzaq məhsullarından toyuq yumurtası (48,60%), çiyələk (26%) və pomidorda (15,13%) baş verib.

Q.İbadoğlunun sözlərinə görə, cari ilin 8 ayında ölkədə 1,96%-lik deflyasiya qeydə alınıb. Bu dövrdə istehlak səbəti üzrə ən yüksək ucuzlaşma (4,40%) qeyri-ərzaq məhsulları üzrə müşahidə olunub. Hesabat dövründə ərzaq məhsulları 3,12% ucuzlaşıb, xidmətlər isə 4,32% bahalaşıb

Ötən ilin avqust ayı ilə müqayisədə cari ilin avqustunda Azərbaycanda İQİ 3,09% azalıb, o cümlədən, ərzaq məhsullarında illik deflyasiya 6,15%, qeyri-ərzaq məhsullarında 3,72% təşkil edib. Xidmət sektorunda isə son bir ildə 6,8% bahalaşma müşahidə olunub.

Q.İbadoğlu həmçinin, İTM tərəfindən istehlak səbətinin dəyərinin də hesablandığını bildirib. Həmin hesablamalara əsasən, avqustda Azərbaycanda yaşayış minimumu adambaşına 130,16 manat, o cümlədən, əmək qabiliyyətli əhali üçün 123,58 manat, pensiyaçılar üçün 114,87 manat, 0-15 yaşlı uşaqlar üçün isə 152,02 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR