Bank Of Baku

Moskvada MDB ölkələri maliyyə nazirlərinin toplantısı keçirilib

Moskvada MDB ölkələri maliyyə nazirlərinin toplantısı keçirilib
# 15 sentyabr 2009 14:25 (UTC +04:00)
Moskva. R.Mətləboğlu – APA. Bu gün Moskvada MDB üzvü olan ölkələrin maliyyə nazirlərinin görüşü keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, toplantıdan sonra keçirilən mətbuat konfransında Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, anti-böhran tədbirləri planının hazırlanması üzrə işlərin davam etdirilməsi qərara alınıb. Bu plan MDB dövlət başçıları Şurasının sammitinə təqdim ediləcək.

Xatırladaq ki, bu, MDB maliyyə nazirlərinin dünya iqtisadi böhranına qarşı tədbirlər planı hazırlamaq məqsədilə keçirdiyi üçüncü görüşdür.

S.Şərifov əlavə edib ki, artıq MDB maliyyə nazirlərinin görüşləri ənənəvi xarakter alıb. Onun sözlərinə görə, toplantının əsas müzakirə mövzusu davam edən dünya maliyyə böhranı şəraitində birlik ölkələrində maliyyə-iqtisadi vəziyyət və həyata keçirilən anti-böhran tədbirləridir.

MDB maliyyə nazirlərinin Moskva görüşünün nəticələrini müsbət dəyərləndirən S.Şərifov onun konstruktiv xarakter daşıdığını bildirib. Nazirin sözlərinə görə, toplantıda qeyd olunub ki, müxtəlif dövlətlərdə böhrana qarşı mübarizə müxtəlif cür aparılır: “Ölkələrin əksəriyyətində iqtisadi geriləmədən çıxmaq imkanları genişlənib və bu sahədə canlanma hiss olunur. Xüsusi qeyd olundu ki, böhrana baxmayaraq, Azərbaycan ÜDM-in artım göstəriciləri ilə müsbət nəticələr nümayiş etdirir. Bu artım davam edir. Söhbət cari ilin 8 ayında 5% artımdan gedir”.

Qeyd edək ki, MDB maliyyə nazirlərinin dünya iqtisadi böhranı və ona qarşı mübarizəyə dair apardığı müzakirələrin nəticələri Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrinin məruzəsinin əsasını təşkil edəcək. Məruzə MDB dövlət başçıları Şurasının Kişinyovda keçiriləcək növbəti görüşünə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR