Bank Of Baku

«Standard Capital» şirkəti yeni lisenziya alıb

«Standard Capital» şirkəti yeni lisenziya alıb
# 15 sentyabr 2009 17:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Standard Capital» MMC-nin broker, diler və qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətlərin həyata keçirilməsi üçün lisenziya verib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, broker, diler və qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətlərin həyata keçirilməsi üçün xüsusi razılıqlarının (lisenziyalarının) müddətinin bitməsi ilə əlaqədar QKDK tərəfindən adı çəkilən şirkətin müraciətinə əsasən lisenziyalar verilib.

Qeyd edək ki, hazırda QKDK tərəfindən 13 broker, 11 diler və 2 qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR