Bank Of Baku

Azərbaycanda iqtisadi artım 5%-ə çatıb

Azərbaycanda iqtisadi artım 5%-ə çatıb
# 16 sentyabr 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5% artaraq 20,6 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əlavə dəyərin 63,5%-i iqtisadiyyatın istehsal sahələrində əldə edilib və 2008-ci ilin eyni dövründəkindən 5,3% çox olub. Xidmət sahələrində əvvəlki illə müqayisədə 5,7% çox əlavə dəyər yaranıb, ÜDM-də xüsusi çəkisi isə 2008-ci ildəki 19,2%-dən 28,6%-dək yüksəlib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib.

Bu dövrdə sənayedə 10,2 mlrd. manatlıq, yaxud ÜDM-in 49,3%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1,3 mlrd. manatlıq (6,3%), tikintidə 1,6 mlrd. manatlıq (7,9%), nəqliyyatda 1,3 mlrd. manatlıq (6,5%), poçt və rabitədə 442 mln. manatlıq (2,1%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə 1,5 mlrd. manatlıq (7,2%), mehmanxana və restoran xidmətlərində 242,9 mln. manatlıq (1,2%), sosial və digər xidmət sahələrində 2,4 mlrd. manatlıq (11,6%) əlavə dəyər yaranıb.

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi cari ilin yanvar-avqust aylarında 2 341,3 manat (2 912,1 ABŞ dolları) təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR