Bank Of Baku

«MBASK» şirkəti bazarda yeni sığorta məhsulu təqdim edib

«MBASK» şirkəti bazarda yeni sığorta məhsulu təqdim edib
# 16 sentyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti ölkədə ilk dəfə olaraq müştərilərə «Yaşıl kart» polisinin sertifikatlarını təklif edir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, artıq Azərbaycan vətəndaşları «MBASK» sığorta şirkətinin «Yaşıl kart» polisinin sertifikatlarından istifadə edərək, Avropa ölkələrinə, habelə bəzi Aralıq dənizi hövzəsi ölkələrinə avtomobillə səfər edə bilərlər.

Sığortalanmanın bu növü üzrə tariflər nəqliyyat vasitəsinin növündən (minik maşını, yük maşını, avtobus, motosiklet, qoşqu və digər), ödənişin məbləği isə coğrafiyadan (iki növ polis mövcuddur: onlardan biri ancaq Rusiya ərazisində, digəri isə bütün qalan «Yaşıl kart» ölkələrində qüvvədədir) və polisin qüvvədə olma müddətindən (15 gündən 1 ilə kimi) asılı olaraq dəyişir.

Qeyd edək ki, bu polis ancaq yol-nəqliyyat hadisəsi zamanı qüvvədədir və maddi, fiziki və ya mənəvi zərər çəkmiş zədə alanın xərclərinin ödənilməsinə xidmət edir (qəzanın səbəbkarına zərər ödənilmir). «Yaşıl kart» müqaviləsi Avropanın və Asiyanın 46 ölkəsinin ərazisində qüvvədədir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR