Bank Of Baku

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi azalıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi azalıb
# 16 sentyabr 2009 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında xaricdən cəlb edilən kapitalın ümumi məbləği 2,5 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəkindən 36,2% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyaların və xarici kreditlərin hesabına formalaşıb:

(mln. dollar)

 

Cəlb olunan xarici kapitalın strukturu

 

2008-ci ilin II rübü

2009-cu ilin II rübü

Birbaşa investisiyalar

2 059,2

1 519,0

- neft-qaz sektoru

1 646,1

1 107,9

- digər sektorlar

413,1

411,1

Kreditlər və digər investisiyalar

1 910,2

1 013,8

- dövlət təminatlı kreditlər

149,3

216,0

- dövlət təminatlı olmayan kreditlər

1 502,3

349,8

-- neft-qaz sektoru

687,9

33,8

-- banklar

525,9

209,0

-- digərləri

288,5

107,0

- digər investisiyalar

258,6

448,0

Neft bonusu

0,5

-

C Ə M İ

3 969,9

2 532,8



Mərkəzi Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1 519,0 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 72,9% təşkil edir. Öz növbəsində həmin sərmayələr iri neft-qaz layihələrinin, əsasən «Şahdəniz» layihəsi və «Azəri-Çıraq-Günəşli» yataqlarında görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin xüsusi çəkisi xarici kapitalın strukturunda 1,9 dəfə azalaraq 40% təşkil edib. Bunun səbəbi neft-qaz sektoruna cəlb olunmuş kreditlərin azalmasıdır. Nəticədə, 2009-cu ilin yanvar-iyun aylarında cəlb olunmuş kredit və digər investisiyaların ümumi məbləği 1 013,8 mln. dollar təşkil edib ki, bu məbləğin yalnız 21,3%-i birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərdir. Göründüyü kimi, bu miqdardan 1,6 dəfə çox vəsait dövlət təminatı olmadan cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR