Bank Of Baku

Azərbaycanda hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi son bir ildə 14% artıb

Azərbaycanda hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi son bir ildə 14% artıb
# 16 sentyabr 2009 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il avqust ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 1-nə kreditlərin həcmi 13,6% və ya 867,8 mln. manat artaraq 7,2 mlrd. manata çatıb.

Kredit qoyuluşunun 45,6%-i dövlət, 51,9%-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 70,7%-ni uzunmüddətli kreditlər təşkil edib, 3,6%-nin isə ödənilmə vaxtı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR