Bank Of Baku

Azərbaycanın tədiyyə balansında gəlirlər üzrə mənfi saldo kəskin azalıb

Azərbaycanın tədiyyə balansında gəlirlər üzrə mənfi saldo kəskin azalıb
# 16 sentyabr 2009 11:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1 789 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 1 475,2 mln. dolları və ya 82,5%-i Azərbaycandan aparılan ödənişlər təşkil edib.

Azərbaycandan ödənişlərin əsas hissəsini (1 060,9 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft və qaz şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (67,5 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (142,9 mln. dollar) təşkil edir.

Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2008-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 82,2% artaraq 313,8 mln. dollar olub. Bunun da əsas hissəsi Dövlət Neft Fondu və Mərkəzi Bankın xətti ilə daxil olan vəsaitlərdir. Belə ki, 207,7 mln. dolları Dövlət Neft Fondunun vəsaitlərinə, 37 mln. dolları isə Mərkəzi Bankın sərəncamında olan xarici valyuta ehtiyatlarına hesablanmış faizlər üzrə gəlirlər təşkil edir.

Beləliklə, 2009-cu ilin ilk yarısında gəlirlər üzrə tədiyyə balansında 1 161,4 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR