Bank Of Baku

«Əmrahbank» yeni regional filial açır

«Əmrahbank» yeni regional filial açır
# 16 sentyabr 2009 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) Bərdə filialı fəaliyyətə başlayacaq.

Bankın Biznesin inkişafı Departamentinin direktoru Xaliq İldırımzadənin «APA-Economics»ə verdiyi məlumata görə, müştərilər bu filial vasitəsi bütün bank xidmətləri, o cümlədən hesablaşma kassa hesabı, depozit-kredit əməliyyatları, pul köçürmələri və s. həyata keçirə bilərlər.

X.İldırımzadənin sözlərinə görə, bu filialın açılması bankın brendinin dəyişdirilməsi və aparılan struktur dəyişiklikləri ilə bağlıdır. «Həmçinin, bu siyasətə uyğun olaraq bankın Bakıda yerləşən bir neçə filialının ünvanı dəyişəcək. Qeyd edim ki, tezliklə Bərdə filialının açılması buna misal ola bilər», - deyə X.İldırımzadə bildirib.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 23 filialı mövcuddur.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 63,064 mln. manat, depozit portfeli 35,813 mln. manat, kredit portfeli 36,739 mln. manat, məcmu kapitalı 19,983 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR