İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri də bankların mövcud kredit portfelinin depozit portfelinə nisbətinin hesablanması əsasında çıxarılır.
Bu əmsalın hesablanması bizə bankların maliyyə likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərinin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.07.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Kredit / Depozit | |
1 | Birlik Bank | 33,19 |
2 | Debut Bank | 32,52 |
3 | Qafqaz İnkişaf Bankı | 15,54 |
4 | Gəncə Bank | 6,81 |
5 | Access Bank | 6,77 |
6 | Azərbaycan Kredit Bankı | 5,61 |
7 | Atrabank | 5,54 |
8 | Günay Bank | 3,33 |
9 | Kredo Bank | 3,11 |
10 | Deka Bank | 2,83 |
11 | Turan Bank | 2,73 |
12 | Azerdemiryolbank | 2,72 |
13 | Nikoil Bank | 2,72 |
14 | United Credit Bank | 2,71 |
15 | Zamin Bank | 2,69 |
16 | UniBank | 2,67 |
17 | Bank Standard | 2,27 |
18 | NBCBank | 2,24 |
19 | Texnikabank | 2,17 |
20 | Bank of Azerbaijan | 1,83 |
21 | Royal Bank | 1,71 |
22 | Azərbaycan Sənaye Bankı | 1,63 |
23 | Bank Respublika | 1,59 |
24 | Azərbaycan Beynəlxalq Bankı | 1,54 |
25 | AGBank | 1,54 |
26 | Bank of Baku | 1,52 |
27 | Muğan Bank | 1,42 |
28 | Rabitabank | 1,36 |
29 | Xalg Bank | 1,31 |
30 | Para Bank | 1,07 |
31 | AtaBank | 1,06 |
32 | Əmrahbank | 1,03 |
33 | Azər-Türk Bank | 1,02 |
34 | Bank Avrasiya | 0,98 |
35 | Paşa Bank | 0,68 |
36 | YapıKredi Bank Azerbaijan | 0,50 |
37 | Melli İran Bankı - Bakı | 0,35 |
38 | Azərnəqliyyatbank | 0,29 |
39 | Kapital Bank | - |
40 | Kövsər Bank* | - |
«Kövsər Bank»* İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.
Likvidlik əmsalına gəldikdə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır.
Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olarsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir.
Renkinqdən göründüyü kimi, adları çəkilən 40 bankdan yalnız 4-də («Para Bank», «AtaBank», «ƏmrahBank» və «Bank Avrasiya») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayılır.
Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «Debut Bank», «Qafqaz İnkişaf Bankı» və «Gəncə Bank»da bu əmsal təxminən 6-33 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 6 dəfədən çox üstələyir.