Bank Of Baku

Azərbaycanın büdcə daxilolmaları yanvar-iyul aylarında 5,6% azalıb

Azərbaycanın büdcə daxilolmaları yanvar-iyul aylarında 5,6% azalıb
# 16 sentyabr 2009 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinə daxil olan vəsaitin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,6% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər ötən ilin yanvar-iyul aylarında büdcə daxilolmaları 6,04 mlrd. manat təşkil edirdisə, hesabat dövründə dövlət büdcəsinə 5,7 mlrd. manat vəsait daxil olub. Bu da, 5,6% azdır.

Bundan başqa, hesabat dövründə büdcədən 5,3 mlrd. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% çox vəsait xərclənib.

Büdcənin icrasında yaranmış 432,7 mln. manatlıq profisit ümumi daxili məhsulun 2,5%-ni təşkil edib.

Vergi gəlirlərinin 43,5%-i əlavə dəyər vergisi, 26,8%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 12,9%-i fiziki şəxslərin gəlir vergisi, 5,4%-i aksiz vergisi, 5,2%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 2 264,8 mln. manatı (42,9%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 617,9 mln. manatı (11,7%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 883 mln. manatı (16,7%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 31,5%-ni (1,6 mlrd. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR