Bank Of Baku

Azərbaycan əhalisi nağd dolların alışını artırıb

Azərbaycan əhalisi nağd dolların alışını artırıb
# 16 sentyabr 2009 14:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd dolların həcmi 2009-cu ilin iyul ayında 153 666 700 dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 22,1% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alış həcmi isə iyulda 399 246 600 dollara bərabər olub ki, bu da iyuna nisbətən 14,8% azdır.

Ötən ilin iyul ayı ilə müqayisədə əhalinin nağd dollarla əməliyyatlarında artım müşahidə olunur. Belə ki, ötən ilin iyulunda əhali tərəfindən 133 779 400 dollar məbləğində satış və 362 114 500 dollar məbləğində alış əməliyyatları aparılıb.

Əhali tərəfindən nağd dolların satışının artım tempinin alış üzrə eyni göstəricini üstələməsi nəticəsində iyulda alış və satışın nisbəti bir qədər azalıb. Belə ki, əgər ötən ilin iyulunda bu göstərici 2,7 dəfə təşkil edibsə, cari ilin iyulunda əhalinin nağd dolların alışı satışı 2,6 dəfə üstələyib.

Qeyd edək ki, illik müqayisədə nağd dollarla əməliyyatlar üzrə daim artım müşahidə olunur, o cümlədən, alış əməliyyatları üzrə aylıq göstəricilər. Bu baxımdan xatırladaq ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanın bank və ümumilikdə maliyyə sistemində bütün göstəricilər üzrə azalma baş verib, iqtisadiyyatın artım templərinin ötən illə müqayisədə kəskin azalması müşahidə olunub. Buna baxmayaraq, nağd dollar bazarında artım tendensiyaları davam edir. Bu baxımdan nağd dolların məhz alışının artması xüsusi əhəmiyyət kəsb edir, çünki böhran və ya ümumilikdə problemli dövrlərdə xarici valyutaların milli valyutaya konvertasiyasının artması təbiidirsə və böhran zamanı yığımların xərclənməsini əks etdirirsə, milli valyutanın ənənəvi olaraq yığım valyutası kimi çıxış edən xarici valyutaya konvertasiyasının artması Azərbaycan iqtisadiyyatında, pərakəndə ixrac-idxal əməliyyatlarında və yığım əməliyyatlarında azalmanın baş vermədiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR