Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi tədricən artır

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi tədricən artır
# 16 sentyabr 2009 16:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-avqust ayları üzrə 1,54 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-iyul ayları ilə müqayisədə 0,06 bənd və ya 12,5% artıb.

Qeyd edək ki, bu indeks əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Beləliklə, yanvar-avqust ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətini 54% üstələdiyini göstərir.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında alıcılıq qabiliyyəti indeksi 1,48 bənd, yanvar-iyunda 1,46 bənd, yanvar-mayda 1,43 bənd, yanvar-apreldə 1,41 bənd təşkil edib. Göründüyü kimi, son aylar ərzində əhalinin alıcılıq qabiliyyətinin tədricən yüksəldiyi müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR