Bank Of Baku

«Turan Bank»ın kredit portfeli son bir ildə 3% artıb

«Turan Bank»ın kredit portfeli son bir ildə 3% artıb
# 17 sentyabr 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 83,9 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli son bir il ərzində 2,7% artaraq 65,4 mln. manat təşkil edib.

Cari ilin yanvar-avqust aylarında bankın ümumi gəlirləri 10,8 mln. manat, xərcləri isə 8,7 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti son bir il ərzində 23,6% artaraq 2,1 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 15,6% artaraq 20,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,3% artaraq 17 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR