Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əsas kapitala 816,1 mln. manat investisiya yönəldilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 1,9 dəfə azdır.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici investisiyanın 701 mln. manatı (85,9%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarının payına düşüb.
2009-cu ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə əsas kapitala yönəldilmiş investisiyanın strukturu
(ümumi yekuna görə, %-lə)