Bank Of Baku

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsi gələn həftə prezidentə təqdim olunacaq

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsi gələn həftə prezidentə təqdim olunacaq
# 17 sentyabr 2009 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi 2010-cu il üzrə dövlət büdcəsi və icmal büdcənin layihəsi, həmçinin 2010-2013-cü illər üçün icmal büdcənin proqnoz göstəricilərini Nazirlər Kabinetinə təqdim edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Büdcə sistemi haqqında» qanuna müvafiq olaraq, 2010-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və 2010-2013-cü illər üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən tərtib edilərək, bu qanunun 12-ci maddəsində nəzərdə tutulan sənədlərlə birlikdə hökumətə təqdim olunub.

Həmin qanunun tələblərinə müvafiq olaraq qeyd olunan büdcə zərfi Nazirlər Kabinetində müzakirədən sonra cari ilin sentyabrın 25-də dövlət başçısına təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR