Bank Of Baku

Dünya Bankı Azərbaycanda sahibkarlığın güzəştli maliyyələşdirilməsi üçün kredit ayıra bilər

Dünya Bankı Azərbaycanda sahibkarlığın güzəştli maliyyələşdirilməsi üçün kredit ayıra bilər
# 17 sentyabr 2009 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün kredit ayırmağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı Fond ilə Bank arasında ilkin danışıqlar aparılıb: «Dünya Bankı tərəfindən Fonda verilən kredit güzəştli olarsa, Fond həmin vəsaiti cəlb edəcək».

Tərəflər arasında hələ rəsmi danışıqların keçirilmədiyini bildirən Ş.Abdullayev qeyd edib ki, Dünya Bankı SKMF-a 100 mln. ABŞ dolları həcmində vəsait ayırmağa hazırdır.

SKMF rəhbəri həmçinin bildirib ki, Fond digər beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmasa da, müəyyən təkliflər mövcuddur.

Xatırladaq ki, dövlət büdcəsindən maliyyələşdirilən SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR