Bank Of Baku

Azərbaycanda mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanda mal ehtiyatları indeksi kəskin azalıb
# 17 sentyabr 2009 13:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın sənaye sektorunda mal ehtiyatları indeksi 2009-cu ilin sentyabr ayının 1-nə mənfi 10,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqust ayının 1-nə mənfi 4,9%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında olan hazır məhsul ehtiyatının ay ərzində artıb-azalma həcminin ehtiyatın həmin ayın əvvəlinə olan həcminə nisbəti kimi hesablanır. Bu, hazır məhsul ehtiyatının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, sənaye istehsalında mal ehtiyatları indeksinin artması, hətta onun müsbət rəqəmlə ifadə olunması mal ehtiyatlarının artdığını göstərir ki, bu da öz növbəsində makroiqtisadi baxımdan mənfi indikator kimi qəbul edilir, çünki birmənalı olaraq son istehlakın azalmasını əks etdirir. Digər tərəfdən, indeksin mənfi rəqəmlə ifadə olunması istehsalın azalmasının göstəricisi kimi də qəbul edilə bilər.

Məlumat üçün bildirək ki, 2009-cu ilin sentyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 184,4 mln. manatlıq və ya avqust ayının əvvəli ilə müqayisədə 21,8 mln. manat az hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR