Bank Of Baku

Qızılın qiyməti 1,5 illik maksimuma çatıb

Qızılın qiyməti 1,5 illik maksimuma çatıb
# 17 sentyabr 2009 14:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 16-da Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 1020,2 dollara çatıb ki, bu da 1,5 il ərzində ən maksimal göstəricidir.

APA-Economics”in məlumatına görə, ötən həftənin sonunda qızılın qiyməti 1 000 dollarlıq səviyyəni aşıb və bütün cari həftə ərzində qiymət həmin səviyyədən enməyib. Belə ki, sentyabrın 14-də qızılın bir unsiyasının qiyməti 1 001,1 dollar, sentyabrın 15-də 1 006,3 dollara bərabər olub.

Qızılın bahalaşmasının əsas səbəbi kimi dolların ucuzlaşması qeyd olunur. Belə ki, cari həftə ərzində dolların avroya qarşı məzənnəsi 1,2% enib. Geniş mənada bahalaşma, o cümlədən ümumilikdə 1 min dollarlıq səviyyəni aşmaq isə ilk növbədə investorlar tərəfindən dollar aktivlərini satıb qızıl almasının artması ilə əlaqələndirmək olar. Bu da öz növbəsində bərpa tendensiyaların yaranmasına baxmayaraq, dünya iqtisadiyyatında qeyri-müəyyənlik və tam bərpa üçün tələb olunan vaxt barədə vahid fikrin olmamasının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR