Bank Of Baku

SECO və Azərbaycan qiymətli kağızlar bazarında yeni əməkdaşlıq imkanlarını araşdırır

SECO və Azərbaycan qiymətli kağızlar bazarında yeni əməkdaşlıq imkanlarını araşdırır
# 18 sentyabr 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və İsveçrə İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti arasında görüş keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi SECO-nun Azərbaycanda həyata keçirdiyi layihələrin mövcud vəziyyətinin müzakirə edilməsi, eləcə də qiymətli kağızlar bazarına dair yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.

Görüşdə QKDK sədri Rüfət Aslanlı SECO-nun nümayəndə heyətinə Azərbaycanın qiymətli kağızlar bazarının mövcud vəziyyəti və bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Həmçinin, SECO tərəfindən Azərbaycanın maliyyə bazarında, xususi ilə də daxili dövlət borclarının idarə edilməsi sahəsində həyata keçirilən «Dövlət qiymətli kağızlar ilkin və təkrar bazarının inkişafı Layihəsi»nin əhəmiyyəti vurğulanaraq onun davam etdirilməsi istiqamətində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Bundan başqa, görüşdə QKDK ilə SECO arasında yeni potensial əməkdaşlıq imkanları, o cümlədən, qiymətli kağızların ticarəti infrastrukturunun modernləşdirilməsi və avtomatlaşdırılması, təlim mərkəzinin yaradılması və inkişaf etdirilməsi, həmçinin QKDK-nın potensialının gücləndirilməsi kimi qarşılıqlı fayda doğura bilən məsələlər üzrə ətraflı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR