Bank Of Baku

AYİB Azərbaycan iqtisadiyyatına sərmayələrini artırıb

AYİB Azərbaycan iqtisadiyyatına sərmayələrini artırıb
# 18 sentyabr 2009 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 9 049,7 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AYİB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 66,3% çoxdur. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində AYİB-in investisiyalarının xüsusi çəkisi 1,1% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir. Hazırda AYİB ilə Azərbaycan hökuməti arasında nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə dair danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR