Bank Of Baku

«AzSığorta» şirkətinin Müşahidə Şurasına yeni sədr seçilib

«AzSığorta» şirkətinin Müşahidə Şurasına yeni sədr seçilib
# 18 sentyabr 2009 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azfinansbank» Səhmdar Kommersiya Bankı (SKB) Müşahidə Şurasının sədri Emre Timurkan «AzSığorta» şirkətinin Müşahidə Şurasına sədr seçilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «AzSığorta» şirkəti Müşahidə Şurasının qərarı ilə şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Lalə Quliyeva icra edəcək. Qeyd edək ki, hazırda L.Quliyeva «Azfinansbank»ın baş mühasibi vəzifəsində çalışır.

Xatırladaq ki, bir müddət əvvəl «AzSığorta» şirkəti İdarə Heyətinin sədri Əmir Adeli, sədr müavinləri Xəyal Məmmədxanlı və Faiq Hüseynov tutduğu vəzifədən azad olmaları ilə bağlı könüllü istefa ərizəsi yazıblar.

Qeyd edək ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR