Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi azalıb
# 18 sentyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət müəssisələrindəki mal ehtiyatları indeksi 2009-cu ilin avqust ayı üzrə 96,8% təşkil edib ki, bu da əvvəlki ayın analoji göstəricisindən 3,8 faiz bəndi azdır. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin avqust ayı ilə müqayisədə indeks 9,9 faiz bəndi azalıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Mal ehtiyatları indeksinin azalması pərakəndə ticarət şəbəkəsində satış həcminin artmasını və ya mal tədarükçülərindən alınan həcmin azalmasını əks etdirə bilər.

Qeyd edək ki, indeksin dinamikasına təsir edən amillərin hamısı dəqiq məlum olmadığına görə araşdırma aparmaq mümkün deyil, çünki pərakəndə ticarətdə yerli istehsalla bərabər idxal malları da mövcuddur. Yəni, əgər yerli istehsal üzrə mal qalığı indeksi hesablanırsa, idxal üzrə həmin göstəricilərin hesablanması qeyri-mümkündür. Lakin vurğulamaq lazımdır ki, dünya praktikası və normalarına əsasən, mal ehtiyatlarının azalması ilk növbədə satışın artımı kimi qəbul olunur və bu səbəbdən, müsbət göstərici kimi qəbul edilir.

Qeyd edək ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi sentyabrın 1-nə 119,2 mln. manat, avqustun 1-nə 123,2 mln. manat, 2008-ci ilin sentyabr ayının 1-nə isə 124,1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR