Bank Of Baku

Rusiyada əhalinin siyahıya alınması üç il təxirə salınıb

Rusiyada əhalinin siyahıya alınması üç il təxirə salınıb
# 18 sentyabr 2009 09:31 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyada 2010-cu ilə nəzərdə tutulan əhalinin siyahıya alınması maliyyə böhranı səbəbindən üç il təxirə salınıb. “APA-Economics”in məlumatına görə, bu barədə Rusiya Dövlət Statistikası Federal Xidmətinin sədr müavini Aleksandr Surinov açıqlama verib.
A.Surinov bildirib ki, artıq Rusiya prezidenti bununla bağlı müvafiq qərar verib və onlar bütün sənədləri 2013-cü ilə hazırlayırlar: “təxirə salmanın bircə səbəbi var – maliyyə böhranı. Büdcədə o qədər də çox pul yoxdur və bu, yəqin ki, əsas səbəbdir. Hökumətin məktubunda da belə yazılmışdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR