Bank Of Baku

Dünya Bankı Ukraynaya 400 milyon dollar yardım ayırıb

Dünya Bankı Ukraynaya 400 milyon dollar yardım ayırıb
# 18 sentyabr 2009 10:28 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya Bankının (DB) Direktorlar Şurası maliyyə sektorunun bərpası üçün Ukraynaya 400 milyon dollar yardım ayrılması barədə proqramı təsdiqləyib. “APA-Economics”in xəbərinə görə, bu barədə DB-nin mətbuat xidməti məlumat yayıb.
Bu, nəzərdə tutulan iki tranşdan birincisidir. Yardımın ayrılmasında məqsəd Ukraynanın maliyyə sektorunda böhranın nəticələrini aradan qaldırmaqdır. Birinci tranş böhran dövründə bank sektorunun əsaslarının qorunmasına, ikinci tranş onun hüquqi-normativ bazasının möhkəmlənməsinə və restrukturizasiyasına sərf olunacaq.
Qeyd edək ki, qlobal böhran Ukrayna iqtisadiyyatına ciddi zərər vurub. Proqnozlara görə, 2009-cu ildə Ukraynanın ÜDM-i 15% aşağı enəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR