Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini kəskin azaldıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini kəskin azaldıb
# 18 sentyabr 2009 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2 256,8 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,1 dəfə azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,3% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 30-a yaxın layihənin icrası üçün 250 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR