Bank Of Baku

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb
# 18 sentyabr 2009 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) neft sahəsində çalışan işçilər üçün «İndi al, gələn il ödə!» adlı yeni kredit kampaniyasına start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, neft sahəsində çalışan Azərbaycan vətəndaşları sentyabrın 25-dən etibarən «Bank of Baku»dan istehlak krediti alarkən bir sıra güzəştlərdən faydalanacaqlar. Belə ki, müştəri kreditin əsas məbləğini gələn ildən ödəməyə başlayır. Kreditin müddəti 30 ayadək müəyyənləşən kampaniya müştərilərə bankın partnyor-şirkətlərdən mebel, kompüter, məişət texnikası və mobil telefon almaq imkanı verir. Aksiya çərçivəsində mobil telefon kreditinin müddəti 18 ay təşkil edir. Bundan əlavə, neftçilər kredit yolu ilə aldıqları hər bir məhsula görə bank və bankın partnyorlarından hədiyyə qazanacaqlar.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 168,307 mln. manat, depozit portfeli 80,089 mln. manat, kredit portfeli 122,040 mln. manat, məcmu kapitalı 30,921 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR