Bank Of Baku

«Bank of Baku»nun bir filialı qeyri-iş günləri də işləyəcək

«Bank of Baku»nun bir filialı qeyri-iş günləri də işləyəcək
# 18 sentyabr 2009 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) «Xəqani» elektron şöbəsi Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri (sentyabrın 21-22) saat 09.00-dan 22.00-dək xidmət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Xəqani» şöbəsində yerləşdirilmiş «Cash-in» ödəniş köşkləri əhaliyə istehlak kreditlərinin və İnternet xidmətlərinin ödənilməsi və cari hesabların artırılması sahəsində xidmət göstərir.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyət göstərib. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 168,307 mln. manat, depozit portfeli 80,089 mln. manat, kredit portfeli 122,040 mln. manat, məcmu kapitalı 30,921 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR