Bank Of Baku

Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatını satışa çıxarır

Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatını satışa çıxarır
# 19 sentyabr 2009 14:33 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondunun İcraiyyə Komitəsi 403 ton qızılın satışına icazə verib. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, qızıl satışından gələn gəlir kasıb ölkələrə yardım proqramının icrasına yönəldiləcək.
BVF-nin ehtiyatlarının 1/8-ni təşkil edən qızılın satışı elə həyata keçiriləcək ki, qiymətli metal bazarında köklü dəyişikliklərə səbəb olmasın. Fond satışdan orta bazar qiymətləri ilə 13 milyard dollar gəlir əldə edə bilər.
Qeyd edək ki, kasıb ölkələrə yardım göstərmək üçün BVF-nin qızıl ehtiyatının satışa çıxarılması barədə qərar “Böyük 20-liyin” bu ilin aprelində Londonda keçirilən sammitində qəbul edilib.
2008-ci ilin payızından bəri BVF dünya iqtisadi böhranından ciddi zərər görən ölkələrə onlarla milyard dollar kredit verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR