Bank Of Baku

«Parex Leasing & Factoring» ilin əvvəlindən iqtisadiyyata sərmayə yatırmayıb

«Parex Leasing & Factoring» ilin əvvəlindən iqtisadiyyata sərmayə yatırmayıb
# 23 sentyabr 2009 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 28,148 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azdır.

Şirkətin direktor müavini Əfqan Cavadovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin müştərilərinin sayında da azalma qeydə alınıb. Belə ki, son bir il ərzində müştərilərin sayı 12,6% azalaraq 513 nəfərə çatıb.

Ə.Cavadov bildirib ki, cari ilin əvvəlindən indiyədək şirkət tərəfindən ölkə iqtisadiyyatına investisiya yatırılmayıb. Lizinq portfelinin diversifikasiyasına gəldikdə, tikinti sahəsinə verilmiş avadanlıqlar portfelin əsas hissəsini təşkil edir.

Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR