Bank Of Baku

«Bank Standard» «PIN change» xidmətini tətbiq edib

«Bank Standard» «PIN change» xidmətini tətbiq edib
# 23 sentyabr 2009 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) yeni xidmət növünün tətbiqinə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq müştərilər öz plastik kartlarının Şəxsi Eyniləşdirmə Nömrəsini (ŞEN-kod - 4 rəqəmli istifadəçi şifrəsi) ATM vasitəsilə dəyişdirə bilərlər.

Bank kartlarının istifadə təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan «PIN change» xidmət «Bank Standard»ın bütün kartlarını və bütün bankomatlarını əhatə edəcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR