Bank Of Baku

Azərbaycanın sığorta bazarında ilk dəfə «İNSİS» əməliyyat sistemi tətbiq edilib

Azərbaycanın sığorta bazarında ilk dəfə «İNSİS» əməliyyat sistemi tətbiq edilib
# 23 sentyabr 2009 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti ölkədə ilk dəfə olaraq sığorta müqavilələrinin qeydiyyatı ilə bağlı olan biznes proseslərin avtomatlaşdırılması məqsədi ilə Bolqarıstanın «Fadata» şirkəti tərəfindən hazırlanmış «İNSİS» yeni əməliyyat sistemini tətbiq edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «İNSİS» sistemi sığorta müqavilələrinin qeydiyyatı ilə bağlı olan biznes prosesləri avtomatlaşdırır, sənədlərin işlənməsi və polislərin buraxılması vaxtını azaldır, həmçinin istər yeni müştərilərə, istərsə də qüvvədə olan polislər üzrə müraciət edən müştərilərə xidmət göstərilməsi zamanı müştəri xidmətinin səviyyəsini yüksəltməyə imkan verir.

Bundan başqa, sistem şirkətin agentlərinə komissiya mükafatlarının ödənilməsi zamanı hesablaşmanın sürətini və dəqiqliyini artırır, həmçinin sığorta tələbinin təkmilləşdirilməsi prosesinin sürətləndirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, bu proqram məhsulu «Oracle» texnologiyasına əsaslanır və modul arxitekturasına malikdir. Əməliyyat sisteminin sifarişçinin ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı konsaltinq xidmətləri, habelə istifadəçilərin texniki baxımdan müşayiət edilməsi və təlimatlandırılması üzrə xidmətlər Rusiyanın «FORS» şirkətinin mütəxəssisləri tərəfindən göstərilir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR