Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycana 600 mln. dollar kredit ayırır

Asiya İnkişaf Bankı Azərbaycana 600 mln. dollar kredit ayırır
# 23 sentyabr 2009 10:35 (UTC +04:00)
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bankın Direktorlar Şurasının qərarına əsasən, ilk tranş 75 mln. dollar olacaq və ilk 4 ili güzəştli olmaqla 24 il müddətinə ayrılacaq.

Proqram Azərbaycanın ikinci dərəcəli şəhərləri və Bakı ətrafı yarım-şəhər tipli qəsəbələrdə artıq köhnəlmiş su və kanalizasiya sisteminin və xidmətlərin yaxşılaşdırılması məqsədi ilə AİB və Azərbaycan hökuməti tərəfindən birgə həyata keçiriləcək. Ümumiyyətlə, layihənin icrasına 600 mln. dollar AİB, 200 mln. dollar isə Azərbaycan tərəfindən ayrılacaq.

Birinci mərhələdə AİB 75 mln., Azərbaycan hökuməti isə 25 mln. dollar vəsait ayıracaq. Naxçıvan Muxtar Respublikasından başqa digər yerlərdə layihənin icraçısı qismində «Azərsu» Səhmdar Cəmiyyəti çıxış edəcək. Naxçıvan MR-da isə layihə Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, ilk tranş hesabına su və kanalizasiya infrastrukturunun qurulması və ya yenidən qurulması, planlaşdırma, texniki və maliyyə idarəetməsi potensialının genişləndirilməsi, Göyçay və Naxçıvanda layihənin idarə edilməsi ofislərinin yaradılması həyata keçiriləcək. Digər rayonlarda analoji işlər növbəti tranşlar hesabına dəstəklənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR