Bank Of Baku

«AGLeasing» şirkəti son bir ildə lizinq portfelini 32% genişləndirib

«AGLeasing» şirkəti son bir ildə lizinq portfelini 32% genişləndirib
# 23 sentyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 11,063 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxdur.

Şirkətin Biznesin inkişafı Departamentinin direktoru Ülviyyə Hüseynovanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 3,6% artaraq 11,245 mln. manata çatıb.

Ü.Hüseynova bildirib ki, bu müddət ərzində şirkətin nizamnamə kapitalında və bağlanan lizinq müqavilələrinin sayında artım olmayıb. Lizinq portfelinin strukturuna gəldikdə isə tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank» (35%), Böyük Britaniyanın «Hyperion İnvestments» (30%) və «MilioLeasing» (10%), ABŞ-ın «Delta Trans Group LLC» (25%) şirkətləri çıxış edir. Cari ilin sentyabr ayının 1-nə şirkətin lizinq müqavilələrinin sayı 131 ədəd, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR